Accessibility links

Diasporla İş üzrə Dövlət Komitəsi: Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı ölkəyə gətirilib


Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi

Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı ölkəyə gətirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə onlar Rusiya qoşunlarının işğalı altında olan Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

“Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib” deyə məlumatda qeyd olunub.

Xatırlatma

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən ay Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı oranı tərk edib.

"Həmin şəxslərin 4 minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib," o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG