Accessibility links

Nissanın sədri həbs edilə bilər


Yaponiya avtomobil istehsalçısı Nissanın sədri Karlos Qonun uzun illər boyu ona ödənilən kompensasiya barədə məlumatları saxtalaşdırdığını müəyyən edilib.

Şirkət bildirir ki, daxili araşdırmalar həmçinin, Qonun şirkətə məxsus aktivləri şəxsi məqsədlər üçün istifadə etdiyini müəyyən edib.

Əslən livanlı, Braziliyada dünyaya gələn və Fransa vətəndaşı olan Qon Yaponiyada yüksək vəzifədə olan çox az sayda xaricilərdəndir.

Yaponiya mətbuatı gəlir vergisində saxtakarlıq ittihamları ilə əlaqədar Qonun Tokio prokurorları tərəfindən dindirildiyini və onun çox güman ki, həbs ediləcəyi barədə məlumat yayıb.

Qon yüz milyonlarla dollar gəlir barədə məlumat verməməkdə təqsirləndirilir.

Nissan şirkəti bildirib ki, Qon şirkətdən kənarlaşdırılacaq.

Fransanın Renault SA şirkəti Nissanın səhmlərinin bir hissəsini aldıqdan sonra Karlos Qon Nissana göndərilib.

2016-cı ildə Nissan Mitsubişinin səhmlərinin üçdə bir hissəsini aldıqdan sonra Qon bu şirkətin də nəzarətini ələ alıb.

XS
SM
MD
LG