Accessibility links

Nissan şirkətinin sabiq rəhbərinin özəl təyyarələrdən qanunsuz olaraq istifadə etdiyi açıqlanıb


Türkiyənin özəl təyyarə operatoru MNG Jet Yaponiyadan qaçan Nissanın sabiq icraçı direktoru Karlos Qosnun onların təyyarələrindən qanunsuz olaraq istifadə etdiyini bildirərək bunun cinayət olduğunu bildirib.

"2019-cu ilin dekabr ayında MNG Jet iki ayrı müştəriyə iki ayrı şəxsi təyyarəni icarəyə verib" deyən şirkət, işçilərindən birinin rəsmi sənədlərdə Qosnun adını daxil etmədən saxta sənədlər qəbul etdiyini əlavə edib.

"Dubaydan Osaka və Osakadan İstanbula, digəri isə İstanbuldan Beyruta gedən xüsusi təyyarə. Belə görünür ki, iki icarənin bir-biri ilə əlaqəsi yoxdur," deyə bəyanatda bildirilir.

Maliyyə pozuntuları ittihamı ilə üzləşdiyini açıqladıqdan sonra Yaponiya məhkəməsinin ədalət sisteminə inanmadığı üçün ölkədən Livana qaçan Qosn beynəlxalq qaçqın statusu alıb.

Türkiyə polisi Qosnun ölkə üzərindən uçması ilə əlaqədar aparılan istintaq çərçivəsində 7 nəfəri, o cümlədən dörd pilotu saxlamışdı. Saxlanılanlar hadisə ilə əlaqədar polisə ifadələr verdikdən sonra cümə günü məhkəməyə göndərilib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG