Accessibility links

Prezident Niksonun Ağ Evdə gizli yazılmış telefon danışıqları ictimayyətə açıqlanıb


Sabiq prezident Riçard Niksonun Ağ Evdə gizli yazılmış telefon danışıqlarının və görüşlərinin son 340 saatı ictimayyətə açıqlanıb.

Los Ancelesdə Nikson kitabxanası və muzeyinin nümayəndələri son hissənin 1973-cü il, aprel ayının 9-u və iyul ayının 12-ni əhatə etdiyini deyib. Bu tarix, Senatda "Watergate" qalmaqalını araşdıran komitəyə təqdim olunmamışdan bir gün əvvələ təsadüf edir.

Lent yazısına "Watergate", Vyetnam və 1972-ci ildə prezident Niksonla Sovet lideri Leonid Brejnev arasında keçirilən zirvə görüşü kimi bir neçə məsələlər barədə danışıqlar da daxildir.

Qerald Ford, Ronald Reqan və Corc Buş kimi siyasi xadimlərin də səsləri yazılıb.

Bundan əlavə kitabxana 140 min səhifəlik yazılı materialları da ictimayyətə açıqlayıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG