Accessibility links

Honq Konqda on minlərlə nümayişçi etirazlarını davam etdirir [Fotoqalereya]


Honq Konqda on minlərlə nümayişçi hökumətin küçələrdən dağılışaraq ictimai nəqliyyat xidmətlərini bərpa etmək barədə tələblərini rədd edir.

Yaydığı bəyanatda hökumət etirazçıları dinc yolla dağılışmağa çaığırıb. Bəyanatda o da deyilir ki, Honq Konq rəsmiləri demokratiya tələb edən nümayişlərin sakitləşdiyini görərək şəhər küçələrindən iğtişaş polislərini yığışdırır.

Lakin bir neçə saat sonra böyük kütlə küçələrdə qalmaqda davam edib və əsas küçələrin bağlanmasına səbəb olub. Bir çox bizneslər fəaliyyətlərini dayandırmağa vadar olublar.

Gecə saatlarında baş vermiş toqquşmalarda nümayişləri dağıtmaq məqsədi ilə polis eitrazçılara qarşı bibər qazı və gözyaşardıcı qazdan istifadə edib.

Toqquşmalarda bir neçə adam xəsarət alıb.

Sabiq Britaniya koloniyasının sakinləri rəsmi Pekinin ərazidəki siyasi proseslərə müdaxiləsinə qarşı çıxırlar.

1997-ci ildə Britaniya Honq Konqu Çinə təhvil verəndə rəsmi Pekin ərazidəki demokratik təsisatlara hörmət edəcəyini və demokratik idarə üsulunu qoruyub saxlayacağını vəd etmişdi. Bu etiraz dalğası həmin vaxtdan bəri ən kəskin siyasi böhran sayılır.

ABŞ və Britaniya hökumətləri rəsmi Pekini honq konqlularn demokratik istəklərinə hörmət etməyə və onlara həqiqi seçim verməyə çağırıb.

Lakin Çin Xarici İşlər Nazirlyinin sözçüsü Hua Çunyinq mətbuat konfransında "Honq Konq Çinə məxsusdur!" deyə bəyan etmiş və ölkəsinin "qeyri-qanuni etrazlarla bağlı" istənilən xarici müdaxiləyə zidd olduğunu bildirmişdir.

XS
SM
MD
LG