Accessibility links

2020-ci ilin Nobel Sülh Mükafatına Dünya Ərzaq Proqramı Təşkilatı layiq görülüb


Dünya Ərzaq Proqramı (WFP) aclıq təhlükəsi ilə mübarizə səylərinə görə 2020-ci ilin Nobel Sülh Mükafatına layıq görülüb.

Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen Dünya Ərzaq Proqramının mükafata “aclıqla mübarizə səylərinə, münaqişələrdən təsirlənmiş bölgələrdə sülh üçün şəraitin yaradılmasına verdiyi töhfələrə və aclığın müharibə və münaqişələrin silahı kimi istifadə edilməsinin qarşısını almaq yolundakı işlərinə görə layiq görüldüyünü” deyib.

Nobel Sülh Mükafatı bu həftə verilən altıncı mükafatdır. Mükafatın hər biri 1,1 milyon dollar pul mükafatı və qızıl medal qısmində verilir.

Bu il ədəbiyyat üzrə Nobel mükafatına amerikalı şair Luisa Qlük layıq görülüb. İsveç Akademiyası Qlükun “sərt gözəlliyi ilə insan varlığını universal hala gətirən bir şeir səsinin” olduğunu deyərək, onun sənətini yüksək qiymətləndirib.

Genlərin tənzimləməsi metodunu inkişaf etdirdiyinə görə bu il Nobel mükafatına kimya üzrə İki alim layiq görülüb. İsveç Kral Elmlər Akademiyası 1,1 milyon dollarlıq mükafatı Fransa alimi Emmanuel Şapantye və ABŞ alimi Cenifer Dudna arasında bölüb.

Qara dəliklərlə bağlı kəşflərinə görə Nobel mükafatına fizika üzrə üç alim layıq görülüb. Akademiya çərşənbə axşamı 1,1 milyon dollarlıq mükafatın yarısını riyaziyyatdan istifadə edərək, qara dəliklərin "Albert Eynşteynin ümumi nisbi nəzəriyyəsinin birbaşa nəticəsi" olduğunu isbat etdiyinə görə britaniyalı Rocer Penrouza verildiyini bildirib.

Mükafatın digər yarısı "qalaktikamızın mərkəzində superkütləvi kompakt bir obyekt tapdığına görə" almaniyalı Reyinhard Genzel və ABŞ-dan olan Andrea Gezə verilib.

2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatları bazar ertəsi Hepatit C virusunun müəyyənləşdirilməsindəki “seminal kəşflərinə” görə ABŞ-dan alimlər Harvi J. Alter və Çarls M. Raysa və Britaniya alimi Maykl Houtona verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG