Accessibility links

2014-cü il iqtisadiyyat üzrə Nobel mükafatına fransız Jan Tirol layiq görülüb


2014-cü il iqtisadiyyat üzrə Nobel mükafatına fransız Jan Tirol layiq görülüb.

İsveçin Kral Elmlər Akademiyasının bildirdiyinə görə, ona 1.1 milyon dollarlıq mükafat bazarların gücü və tənzimləyici qaydaların tətbiqinə görə verilib.

Tirol həyatının son 30 ilini marketlərin iflası, azsaylı böyük şirkətlərin rolu və inhisarların bir çox sənayelərdəki dominnatlığının araşdırılmasına sərf edib.

Bu ilin Nobel mükafatlarına layiq görülən ikinci Fransa vətəndaşı Tirol zəmanəmizin ən nüfuzlu iqtisadçısı adlandırılıb.

61 yaşlı alim Fransanın Tuluz İqtisaiyyat Universitetində çalışır.

Nobel siyahısına 1968-ci ildə əlavə edilən iqtisadiyyat üzrə mükafat builki Nobel mükafatlarının təqdimat mövsümünə son qoyub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG