Accessibility links

Bu ilin Ədəbiyyat üzrə Nobel Mükafatı tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya təqdim olunub


Bu ilin Ədəbiyyat üzrə Nobel Mükafatı qaçqın təcrübəsini və müstəmləkəçiliyin Afrika mədəniyyətini necə formalaşdırdığını əks etdirən əsərlərinə görə tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya təqdim olunub.

İsveç Akademiyasının Stokholmdakı qərargahında keçirilən mətbuat konfransında akademiyanın katibi Mats Helm Qurnanın mükafatı "mədəniyyətlər və qitələr arasında olan boşluqda qaçqınların taleyi və müstəmləkəçiliyin təsiri ilə bağlı barışmaz və şəfqətli qavrayışına görə" aldığını deyib.

1948-ci ildə Hind okeanındakı Zənzibar adasında anadan olub böyüyən Qurna 1960-cı illərin sonunda Britaniyaya qaçqın olaraq gedib. Onun on romanı və bir sıra hekayələri nəşr olunub.

“Qurna ədəbiyyat aləmində hər şeyi - xatirələri, adları, kimlikləri dəyişib. Bütün kitablarında intellektual ehtirasın yaratdığı sonsuz araşdırmalar var" - deyə, akademiyanın açıqlamasında bildirilib.

Açıqlamada deyilib ki, bu keyfiyyətləri onun 21 yaşında, qaçqın olan zaman yazmağa başladığı və 2020-ci ildə çap olunan son "Afterlives" romanında da aydın görmək olur.

Akademiya Qurnanın əsərlərinin həqiqətə bağlılıq və "sadələşdirməyə nifrət" səbəbilə "təəccüblü" olduğunu deyib. "Onun romanları stereotip təsvirlərdən uzaq, dünyanın başqa bir yerlərindən - çoxlarına tanış olmayan Şərqi Afrika mədəniyyətindən danışır" - deyə, akademiya bildirib.

Qurna 1,1 milyon dollar pul mükafatı alacaq. Lakin yazıçılar üçün bu mükafat həm də əsərlərinin daha geniş auditoriyaya təqdim edilməsinə yol açır.

Tibb və Fiziologiya üzrə Nobel Mükafatı laureatları oktyabrın 4-də elan edilib və mükafat temperatur və toxunma reseptorlarını kəşf etdiyinə görə ABŞ alimləri David Culius və Ardem Patapotiana verilib.

Oktyabrın 5-də fizika üzrə Nobel mükafatının üç alim arasında bölünəcəyi bildirilib. Mükafat mürəkkəb fiziki sistemləri anlamağa kömək edən, eləcə də iqlimi proqnozlaşdıran dəyərli işlərə görə ​təqdim edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG