Accessibility links

Nobel mükafatı almış təhsil hüquqları fəalı Malala Yusifzay ailə qurub


Qızların təhsili uğrunda kampaniya apardığı üçün Pakistandakı Taliban qrupu tərəfindən güllələnən Nobel Sülh Mükafatı laureatı Malala Yusifzay çərşənbə axşamı sosial mediada İngiltərənin mərkəz Birmingem şəhərində kiçik bir mərasim zamanı ailə həyatı qurduğunu açıqlayıb.

"Bu gün mənim həyatımda çox qiymətli bir gündür. Əsər (Malik) və mən ömürlük bir yerdə olmaq üçün nikah bağladıq" - deyə, Malala Twitter səhifəsində yazıb və toy günündə çəkilən şəkillərini paylaşıb.

"Kiçik nikah mərasimini Birmingemdəki evimizdə ailələrimizlə birlikdə keçirdik. Zəhmət olmasa, bizə dualarınızı göndərin. Bu yola birlikdə çıxmaqdan məmnunuq" - deyə, o yazıb.

Nikah mərasimi İslam dinində evliliyin ilk addımdır.

Yusifzay 2012-ci ildə 15 yaşında ikən Svat vadisindəki doğma şəhərində məktəb avtobusunda gedərkən Əfqanıstanda Talibanın qolu olan Təhrik-e-Taliban Pakistan qrupunun silahlıları tərəfindən başından güllələ ilə vurulmuşdu.

“Mən Malalayam” adlı ən çox satılan memuarını yazmazdan əvvəl o, vətənində və xaricdə aylarla müalicə alıb.

Yusifzay 2014-cü ildə 17 yaşında ikən Nobel Sülh Mükafatına layiq görülüb və bu mükafatı Hindistandan olan uşaq hüquqları müdafiəçisi Kaylaş Satyarti ilə bölüşüb.

O, keçən il Oksford Universitetinin fəlsəfə, siyasət və iqtisadiyyat fakültəsini bitirib.

İndi onun 24 yaşı var və onun qeyri-kommersiya Malala Fondu qızların təhsili üçün Əfqanıstana 2 milyon dollar investisiya edib.

O həmçinin Apple TV+ şirkəti ilə qadın və uşaqlara həsr olunmuş dram və sənədli filmlər çəkilişinə dair müqavilə imzalayıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG