Accessibility links

Kimya üzrə Nobel mükafatına Bencamin List və David Makmillan layiq görülüb


2021-ci ilin kimya üzrə Nobel Mükafatına Bencamin List və David Makmillan layiq görülüb. Mükafat asimmetrik orqanokatalizin inkişafına görə verilib.

Qaliblərin elan edilməsi mərasimi Nobel Komitəsinin internet saytında yayımlanıb və alimlərin araşdırmaları ilə bağlı məlumat press-relizdə dərc olunub.

Uzun müddət elm adamları yalnız iki növ katalizatorun - metallar və fermentlərdən ibarət olduğuna inanıb. Bir-birindən asılı olmayaraq, Benjamin List və David Makmillan üçüncü növ - kiçik üzvi molekullara əsaslanan asimmetrik organokataliz hazırlayıb.

"Bu, kimyanı nəinki, ekoloji cəhətdən daha təmiz edib, həm də asimmetrik molekulların istehsalını asanlaşdırıb" - deyə, Nobel Komitəsi tvitter səhifəsində yazıb.

Alimlərin fikrincə, bu reaksiyalar vasitəsi ilə "yeni dərman vasitələrindən tutmuş günəş hüceyrələrində işığı tuta bilən molekullara qədər hər şeyi" daha səmərəli şəkildə yarada biləcək.

Son illər kimya üzrə Nobel Mükafatına biologiya ilə əlaqəli kəşflərə görə də verilir. 2020-ci ildə mükafat Emmanuel Şarpantye (Max Planck Yoluxucu Biologiya İnstitutu) və Cennifer Dudna (Berklidəki Kaliforniya Universiteti) "genom redaktəsinin inkişafına görə" layiq görülüb.

2018-ci ildə Fransis Arnold fermentlərin təkamül istiqaməti, Corc Smit və Qreqori Vinter peptid və anti-cisimlərin faj nümayişinə görə qalib seçilmişdi.

Tibb və Fiziologiya üzrə Nobel Mükafatı laureatları oktyabrın 4-də elan edilib. Mükafat temperatur və toxunma reseptorlarını kəşf etdiyinə görə ABŞ alimləri David Culius və Ardem Patapotiana verilib.

Oktyabrın 5-də fizika üzrə Nobel mükafatının üç alim arasında bölünəcəyi bildirilib. Mükafat mürəkkəb fiziki sistemləri anlamağa kömək edən, eləcə də iqlimi proqnozlaşdıran dəyərli işlərə görə ​təqdim edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG