Accessibility links

Nobel mükafatının qalibləri elan edilib


Qara dəliklərlə bağlı kəşflərinə görə bu il fizika üzrə üç alim Nobel mükafatına layıq görülüb.

İsveç Kral Elmlər Akademiyası çərşənbə axşamı 1,1 milyon dollar mükafatın yarısını riyaziyyatdan istifadə edərək, qara dəliklərin "Albert Eynşteynin ümumi nisbi nəzəriyyəsinin birbaşa nəticəsi" olduğunu isbat etdiyinə görə britaniyalı Rocer Penrouza verildiyini bildirib.

Mükafatın digər yarısı "qalaktikamızın mərkəzində superkütləvi kompakt bir obyekt tapdığına görə" almaniyalı Reyinhard Genzel və ABŞ-dan olan Andrea Gezə verilib.

Fizika üzrə mükafatlar bazar ertəsi Hepatit C-nin müalicəsini kəşf etdiyinə görə Tibb üzrə Nobel Mükafatının üç elm adamına verilməsindən sonra elan edilib.

2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatları bazar ertəsi Hepatit C virusunun müəyyənləşdirilməsindəki “seminal kəşflərinə” görə ABŞ-dan alimlər Harvi J. Alter və Çarls M. Raysa və Britaniya alimi Maykl Houtona verilib.

Hər üç alim "dünya miqyasında böyük bir qlobal sağlamlıq problemi olan, insanlarda qan yolu yoluxan serroz və qaraciyər xərçənginə səbəb olan hepatitlə mübarizəyə həlledici töhfə verib," Nobel komitəısinin bəyanatında bildirilib.

Alimlər Hepatit C-nin müalicəsi və müalicəsinin yeni üsullarını tapıb.

"Hepatit C virusunun kəşfi, Hepatit A və B viruslarının kəşfindən sonra xroniki hepatit hallarının səbəbini ortaya çıxardı və "qan testlərinə və milyonlarla insanın həyatını xilas edən yeni dərmanlar hazırlanmasını mümkün etdi," bəyanatda deyilir.

Kimya üzrə Nobel Mükafatının qalibi çərşənbə günü elan ediləcək.

XS
SM
MD
LG