Accessibility links

Kimya üzrə Nobel mükafatına iki alim layıq görülüb


Genlərin tənzimləməsi metodunu inkişaf etdirdiyinə görə bu il kimya üzrə İki alim Nobel mükafatına layiq görülüb.

İsveç Kral Elmlər Akademiyası 1,1 milyon dollarlıq mükafatı Fransa alimi Emmanuel Şapantye və ABŞ alimi Cenifer Dudna arasında bölüb.

Akademiya alimlərin CRISP / Cas9 genetik qayçı adlı bir qayçı üzərindəki işlərini yüksək qiymətləndirib. Bu, alimlərə dəqiqliklə DNT simlərini kəsməyə və heyvanlar, bitkilər və mikroorqanizmlərin genomlarını düzəltməyə imkan verir.

Bu alətdən bitki yetişdirmə və xərçəngin müalicəsində də istifadə edilir.

Akademiya Şapantye və Dudnanın “elmdə inqilab yaratdığını” deyib.

Qara dəliklərlə bağlı kəşflərinə görə bu il fizika üzrə üç alim Nobel mükafatına layıq görülüb.

İsveç Kral Elmlər Akademiyası çərşənbə axşamı 1,1 milyon dollarlıq mükafatın yarısını riyaziyyatdan istifadə edərək, qara dəliklərin "Albert Eynşteynin ümumi nisbi nəzəriyyəsinin birbaşa nəticəsi" olduğunu isbat etdiyinə görə britaniyalı Rocer Penrouza verildiyini bildirib.

Mükafatın digər yarısı "qalaktikamızın mərkəzində superkütləvi kompakt bir obyekt tapdığına görə" almaniyalı Reyinhard Genzel və ABŞ-dan olan Andrea Gezə verilib.

Fizika üzrə mükafatlar bazar ertəsi Hepatit C-nin müalicəsini kəşf etdiyinə görə Tibb üzrə Nobel Mükafatının üç elm adamına verilməsindən sonra elan edilib.

Ədəbiyyat üzrə Nobel Mükafatı Cçümə axşamı, Nobel Sülh Mükafatı isə cümə günü təqdim ediləcək.

XS
SM
MD
LG