Accessibility links

Nobel mükafatları: Gender bərabərsizliyi


Nobel dünyanın ən prestijli mükafatıdır. Lakin bu il Nobel əhval-ruhiyyəsi "nəyə görə xüsusilə elm sahəsi olmaqla, qadınlar çox az bu mükafata layiq görülür?" sualı ilə bir qədər sönükdür.

1901-ci ildən bu mükafata layiq görülən 892 nəfərdən yalnız 48-ni qadnlar təşkil edib. Bunların 30 faizi ya ədəbiyyat, ya da sülh mükafatları olub. Bu göstərici gender bərabərsizliyini qabardır. Bundan əlavə yalnız bircə qadın iqtisadiyyat üzrə Nobel alıb.

Bərabərsizliyin bir səbəbi qadınların yüksək elmdə az təmsil edilməsi ola bilər.

Amerikanın Fizika Universitetinin bildirdiyinə görə, 2014-cü ildə bütün fiziklərin yalnız 10 faizini qadınlar təşkil edib.

Lakin tənqidçilər nominasiya prosesində gender qərəzliyinə yol veridliyini deyir.

“Bütöv nominasiya sistemində daimi professor adını daşıyanlar özlərini toxunulmaz hesab edir. Onlar seksual təcavüzdən tutmuş qadınların auditoriyalarda not alması və ya yaxın zamanda ana olması kimi mikroaqresiyalardan yaxa qurtaracaqlarını düşünür” - deyə, qadın və qızların elmdə karyera qurmaları üçün təşəbbüs göstərən qrupun üzvü Anna-Maria İmafidon bildirir.

Kişi qüdtrətinə üstünlük verilməsi ideyası və onlar qədər ağır işlərdə çalışan qadınlara əhəmiyyət verilməməsi 1903-cü ildə Pyer Küri tərəfindən qaldırılmışdı. O, xanımı və alim Mari Kürinin də mükafata layiq görülmədiyi təqdirdə, Nobeldən imtina edəcəyini bildirmişdi. Mari Küri Nobelə layiq görülən ilk qadın alimdir. Lakin bundan 70 il sonra daha bir qadın- Cozelin Bell bu yüksək adı qazana bilmişdi. Pulsarların kəşfinə görə aldığı mükafat onun rəhbəri Entoni Nyüvişə verilmişdi.

Fizika üzrə professor, “Nobel mükafatının itirilməsi: Kosmologiya, ambisiya və elmin yüksək fəxrinin hekayəsi” adlı kitabın müəllifi Brayan Kiting deyir ki, gözdən qaçırılan kiminsə yenidən mükafatladırılması və ya mükafatın bölüşdürlüməsi sayı aradan qaldırmalıdır. Hazırda bu limit 1 mükafat üçün 3 nəfər təşkil edir.

Onun fikrincə, bərabərsizlik Nobelin prestijinə ciddi xələl gətirə bilər.

14 qadının indiyədək layiq görüldüyü ədəbiyyat üzrə Nobel mükafatının bu il olmaması diqqətləri bərbərsizliyə bir daha yönəltmiş oldu.

Nobel akademisiyası bu il qalibin seks ittihamları və maddi cinayət qalmaqallarına görə seçilməyəcəyini bildirib. Bu, təsisatın 18 üzvü arasında ciddi parçalanma yaradıb. Ömürlük seçilən 7 nəfər akademiyadan uzaqlaşıb.

Bu, Nobel rəsmiləri arasında ilk narazılıq deyil. 1895-ci ildə mükafatın təsisçisi Alfred Nobel yazırdı: “Mükafatların verilməsində skandinav olub-olmamamsından asılı olmayaraq millətlərə üstünlük verilməməsini arzulayıram.”

Lakin buna baxmayaraq mükafat alanların əksəriyyəti ağ və kişidir.

İlk 70 il ərzində ilk dəfə olaraq mükafatlara qərbi ağ kişilər layiq görülüb. 59 mükafatdan yalnız 2-si Avropa və Şimali Amerika xaricinə çıxıb. Bu müddət ərzində cəmi 3 qadın bu yüksək mükafata layiq görülüb.

2000-ci ildən bəri 6 qadın sülh mükafatı qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG