Accessibility links

Nobel mükafatının miqdarı azaldılacaq


Nobel Fondu bu il qlobal iqtisadi böhranla əlaqədar olaraq qaliblər üçün müəyyən olmuş mükafatın miqdarının azaldılacağını elan edib.

Nobel laureatları bundan sonra əvvəllər müəyyən edildiyi kimi 1,4 milyon deyil, 1,12 milyon dollar dəyərində mükafat alacaq.

Nobel mükafatları fondu novator və biznesmen Alfred Nobel tərəfindən 1900-cü ildə təsis edilmişdi.

Nobel mükafatı hər il tibb, fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində misilsiz xidmətləri olan insanlara verilir.

XS
SM
MD
LG