Accessibility links

2017-ci ilin Nobel Sülh Mükafatını nüvə silahı əleyhinə təşkilat əldə etdi


2017-ci ilin Nobel Sülh Mükafatı Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyası (ICAN) təşkilatına verildi.

Qalibi elan edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss Andresen deyib ki, nüvə silahı təhlükəsi artmaqdadır:

“Təşkilat bu mükafatı nüvə silahlarının istifadəsinin gətirə biləcəyi faciəvi nəticələrə diqqət cəlb etdiyi üçün və bu növ silahların qadağası razalaşmasının əldə edilməsi üçün göstərdiyi səylərə görə alır.”

Nobel Komitəsinin sədri deyir ki, hazırda bəzi ölkələrin nüvə arsenallarını müasirləşdirməsi və Şimali Koreya kimi digər ölkələrin isə nüvə silahı əldə etmək cəhdləri Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyası təşkilatının işini həmişəkindən daha əhəmiyyətli edir.

Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyası özünü 100-dən çox ölkədə qeyri-hökümət qruplarının koalisiyası kimi təqdim edir. Təşkilatın əsası Avstraliyanın Melburn şəhərində qoyulub.

XS
SM
MD
LG