Accessibility links

2014 Nobel Sülh Mükafatına pakistanlı Malala Yusafzay və hindistanlı Kailaş Satyarti layiq görülüb

2014 Nobel Sülh Mükafatına pakistanlı təhsil fəalı Malala Yusafzay və hindistanlı uşaq hüquqları müdafiəçisi Kailaş Satyarti layiq görülüb.

Norveçin Nobel Komitəsinin bildirdiyinə görə, mükafat onlara uşaqlara qarşı repressiyalar və onların təhsil hüquqlarının müdafiəsinə görə verilib.

Komitə mükafatın Hindistan və Pakistanın müsəlman və hindu əhalisinin təhsil haqqı və ekstremizmlə mübarizə səylərinə ehtiram mahiyyəti daşıdığını bildirib.

Hazırda 17 yaşı olan Malala 2012-ci ildə Taliban tərəfindən başından vurulmuşdu.

Kailaş Satyarti uşaq əməyinin istimarı əleyhinə dinc hərəkatın liderlərindəndir.

Malala and Satyarti dekabrın 10-da rəsmən təqdim ediləcək 1.1 milyon dollarlıq mükafatı bölüşəcək.

XS
SM
MD
LG