Accessibility links

Ədəbiyyat üzrə Nobel mükafatı qalibləri bəlli oldu


Ədəbiyyat üzrə Nobel mükafatlarının qaliblərinin adları açıqlanıb. 2018-ci il üzrə Nobel mükafatı lureatı, polşalı yazıçı Olqa Tokarçuk, builki mükafatın qalibi isə avstriyalı yazar Piter Handkedir.

İsveç Akademiyası akademiyaya bağlı insanlar tərəfindən cinsi istismar və digər qanunsuzluq ittihamlarından sonra keçən il mükafat qazanan şəxsin adını açıqlamamışdı.

Bu ilin qalibi Handke 2019-cu ildə "dil bilikləri ilə periferiyanı və insan təcrübəsinin spesifikliyini araşdıran əsər" üçün, Tokarçuk isə 2018-ci il mükafatını "ensiklopedik ehtirasla sərhədlərin kəsişməsini həyat forması kimi təqdim edən" hekayəsinə görə qazanıb.

Hər müəllif 918.000 ABŞ dolları məbləğində pul mükafatı alacaq.

Artıq tibb, fizika və kimya üzrə Nobel mükafatları təqdim olunub. Oktyabrın 11-də sülh, 14-də isə iqtisadiyyat üzrə Nobel mükafatları verilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG