Accessibility links

"Nokia" smartfonu Çində satışa çıxarılacaq


"Nokia" brendli mobil telefonlarına sahibkarlıq hüququna malik Finlandiya şirkəti HMD Global ilk smartfonların satışa çıxarılacağını bəyan edib. Çin istehlakçıları üçün nəzərdə tutulmuş Nokia smartfonları 1,699 yuan – təqribən $246 ABŞ dollarına satılacaq.

Bu təqdimat Nokia Oyj-in bütün mobil istehsalı hüquqularını 2014-cü ildə Microsoft şirkətinə satmasından bəri brend üçün ilk ciddi irəliləyişdir.

HMD-nin ilk Android smartofunu Çində satışa çıxarmaq qərarı dünya boyu müxtəlif bazarlarla istehlakçıların təlabatına cavab vermək arzusunu əks etdirir. Bura strateji baxımdan önəmli bazardır.

Yeni cihaz – Nokia 6 – Google-un Android platformasına əsaslanır və Foxconn tərəfindən istehsal edilib. O, JR. com saytı vasitəsilə eksklüsiv olaraq Çində satılacaq.

"HMD-nin ilk Android smartfonu Çində satışa çıxarmaq qərarı dünya boyu müxtəlif bazarlarda istehlakçıların təlabatına cavab vermək arzusunu əks etdirir. Bura strateji baxımdan önəmli bazardır," HMD yaydığı bəyanatda bildirir.

Nokia bir vaxtlar dünyanın dominant mobil telefon istehsalçılarından idi və sonra o, Microsoft's Windows idarəetmə sistemi olan "Lumia"-nı seçdi.

2014-cü il sövdələşməsindən sonra Microsoft Nokia adı altında ucuz adi telefonlar və Lumia smartfonları satmaqda davam etdi, lakin ötən il hər iki biznesi başlı başına buraxdı.

Nokia şirkətinin Espoo şəhərindəki baş qərargahı
Nokia şirkətinin Espoo şəhərindəki baş qərargahı

Dekabrda HMD Nokia telefon biznesini alaraq lisenziyalaşdırmaq anlaşması ilə bağlı Nokia adına eksklüsiv müəlliflik hüququ qazandı.

HMD Nokia şirkətinə brendə və patentə görə divident ödəyəcək, lakin Nokianın HMD-də birbaşa investisiyası olmayacaq.

XS
SM
MD
LG