Accessibility links

Sabiq Panama diktatoru Manuel Noriqa 83 yaşında vəfat edib


Hakimiyyətdəki dövrü korrupsiya və zorakılıqla keçən sabiq Panama diktatoru Manuel Noriqa 83 yaşında vəfat edib.

Panama prezidenti Huan Karlos Varela Tviterdə bildirib ki, Noriqanın ölümü ilə ölkə tarixində bir dövr bitir və onun ailəsinin onu rahat, münaqişəsiz dəfn etməyə hüququ var.

Bu ilin əvvəli Noriqa beyinindəki şişi müalicə etmək üçün üzərində bir neçə əməliyyat keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilmişdi.

Müalicə məqsədi ilə ev dustaqlığına məhkum edilməzdən əvvəl Noriqa 1983-89-cu illərdə hakimiyyətdə olduğu dövrdə korrupsiya və əleyhdarlarını qətlə yetirməkdə təqsirli bilinərək həbs edilmişdi.

Noriqa 1989-cu ildə hakimiyyətdən devrilib və ABŞ-da narkotik maddə cinayəti ilə bağlı təqsirli bilinərək həbs edilib. Bundan sonra Noriqa Fransada çirkli pulların yuyulması ittihamı ilə həbs edilib və 2011-ci ildə cəzasını davam etdirilməsi üçün Panamaya qaytarılıb.

XS
SM
MD
LG