Accessibility links

Şimali Koreya sahil sularına artilleriya atəşi açıb


Şimali Koreya çərşənbə axşamı gecə saatlarında sahil sularına artilleriya mərmiləri yağdırıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın qərb sahillərinə təxminən 100, şərq sahillərinə isə 150 mərmi atdığını bildirib.

Cənubi Koreya bu addimları iki ölkə arasında gərginliyi azaltmaq məqsədi daşıyan 2018-ci il razılaşmasının "açıq-aşkar pozulması" adlandırıb.

Şimali Koreyanın dövlət mediası tərəfindən verilən bəyanatda deyilib ki, bu, Cənubi Koreyanın çərşənbə axşamı etdiyi "hərbi təxribatına" cavabdır.

XS
SM
MD
LG