Accessibility links

Şimali Koreyanın raket atışları Cənubda hava hücumu sirenlərinə səbəb olub


Şimali Koreya çərşənbə günü azı 3-ü Cənubi Koreya ərazisinə doğru olmaqla, azı 24 raket atıb və bu, cənubda televiziya vasitəsi ilə xəbərdarlıqlara və sahildəki bir adada hava hücumu sirenlərinə səbəb olub.

Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreyanın raketlərindən biri Cənubi Koreyanın şimal-şərqindəki sahil turizm şəhəri Sokçodan cəmi 57 kilometr şərqdəki sulara düşüb.

Başqa bir raket Cənubi Koreyanın şərq sahillərindəki seyrək məskunlu, Ullın qraflığından 167 kilometr aralıdakı adaya düşüb.

Rəsmilərin bildirdiyinə görə, üçüncü raket Koreyalar arasındakı dəniz sərhədindən cəmi 26 kilometr cənubdakı beynəlxalq sulara düşüb.

Şimali Koreya bu il 50-dən çox ballistik raket atıb. Lakin bu günə qədər onlardan heç biri Cənubi Koreya ərazisinə buraxılmayıb və ya hava hücumu xəbərdarlığı ilə nəticələnməyib.

Buna cavab olaraq Cənubi Koreya ordusu bildirib ki, "düşmənə dəqiq zərbə vurmaq qabiliyyətini və hazırlığını" nümayiş etdirmək üçün döyüş təyyarələrinin de-fakto dəniz sərhədinin şimalına üç raket atıb.

Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinin məlumatına görə, 1950-53-cü illərdən, Koreya Müharibəsi bitdikdən sonra bu iki ölkədən heç biri Şimal Sərhəd Xəttindən raket atmayıb.

Şimali Koreyanın raket atışları səbəbindən Cənubi Koreyanın Nəqliyyat Nazirliyi şərq sahillərindəki bəzi hava yollarını ən azı cümə axşamı səhərə qədər bağladığını bildirib.

Hadisələr Koreya yarımadasında gərginliyi daha da artırır və hər iki tərəf hərbi güc nümayiş etdirir.

Cənubi Koreya Prezidenti Yun Suk Yel Şimali Koreyanın raket buraxılışlarının "ərazilərimizin effektiv şəkildə pozulması" olduğunu deyib və "Şimali Koreyanın bunun bədəlini ödəməsi üçün" təcili tədbirlər görülməsinə göstəriş verib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada raketlərin buraxılışını "tamamilə qəbuledilməz" adlandırıb.

XS
SM
MD
LG