Accessibility links

Cənubi Koreya Şimali Koreya raketinin buraxıldıqdan sonra havada partladığını bildirib


Cənubi Koreya ordusunun bildirdiyinə görə, Şimali Koreya çərşənbə günü şərq sahillərində hipersəsli raketini sınaqdan keçirib, lakin o, havada partlayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi raketin paytaxt Pxenyan yaxınlığından buraxıldığını bildirib. Yaponiya Müdafiə Nazirliyi raketin təxminən 100 km yüksəkliyə və 200 km-dən çox məsafəyə uçduğunu bəyan edib.

Cənubi Koreya, ABŞ və Yaponiyanın yüksək rütbəli rəsmiləri telefon danışığı zamanı raketin buraxılışını BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulması olduğunu deyib, regionun və onun hüdudlarından kənarda sülh və sabitliyə ciddi təhdid kimi pisləyiblər.

Cənubi Koreyanın Dəniz Piyadaları Korpusu bildirib ki, Seul bu ayın əvvəlində koreyalararası hərbi paktdan imtina etdikdən sonra qoşunları ilk dəfə Şimali Koreyanın dəniz sərhədi yaxınlığında atəş təlimləri keçirib. Təlimlər iyunun əvvəlində elan edilmişdi.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığı da raket sınağını pisləyib və Pxenyanı növbəti qeyri-qanuni və sabitliyi pozan addımlardan çəkinməyə çağırıb.

"Biz bu hadisənin ABŞ personalı, ərazisi və ya müttəfiqlərimiz üçün təhlükə yaratmadığı kimi qiymətləndirsək də, vəziyyəti izləməyə davam edirik" bəyanatda deyilib.

Şimali Koreyanın sonuncu raket buraxılışı mayın 30-da olub.

Şimali Koreya bu həftə ABŞ təyyarədaşıyan gəmisinin Cənubi Koreya və Yaponiya ilə birgə təlimlərə göndərilməsini tənqid edib və "böyük və yeni çəkindirmə nümayişi" barədə xəbərdarlıq edib.

Raketin buraxılışı Koreya müharibəsinin başlanmasının 74-cü ildönümündən bir gün sonraya təsadüf edib.

Keçən həftə Şimali Koreya lideri Kim Çen Un və Rusiya prezidenti Vladimir Putinin birgə keçirdiyi sammitdə liderlər qarşılıqlı müdafiə paktı imzalayıblar. Seul, Vaşinqton və Tokio iki ölkənin dərinləşən hərbi əməkdaşlığını tənqid edib. Cənubi Koreya prezidenti Yun Sok Yol isə paktı "anaxronistik" adlandırıb.

Şimali Koreyanın dövlət mediası KCNA çərşənbə günü Pxenyanda müharibənin ildönümü münasibəti ilə kütləvi mitinq keçirildiyini bildirib və Birləşmiş Ştatları baş düşmən adlandıraraq, bu günü "ABŞ imperializminə qarşı mübarizə" günü adlandırıb.

Forum

XS
SM
MD
LG