Accessibility links

Şimali Koreya son dörd ilin ən uzunmənzilli raket sınağını həyata keçirib


Şimali Koreyanın rəsmi KCNA agentliyi 2022-ci il yanvarın 31-də “Hwasong 12” raketinin sınağının görüntüsünü yayımlayıb.
Şimali Koreyanın rəsmi KCNA agentliyi 2022-ci il yanvarın 31-də “Hwasong 12” raketinin sınağının görüntüsünü yayımlayıb.

Şimali Koreyanın dövlət mediası ölkənin ortamənzilli ballistik raket sınağı barədə məlumat yayıb. Məlumatlara əsasən budəfəki sınaq son dörd ildə həyata keçirilən ən uzunmənzilli raket sınağıdır.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, sınağın məqsədi Hwasong-12 raketinin düzgünlüyünü yoxlamaqdır.

Əvvəlki sınaqlardan fərqli olaraq dövlət mediası bu dəfəki sınaqlardan görüntülər yayımlayıb. Fotolarda təkcə meşəlik ərazidəki mobil buraxılış qurğusundan çıxan raketin şəkillərini deyil, üstəlik kosmosa çatdıqdan sonra döyüş başlığına qoşulmuş kamera tərəfindən Yerin çəkilmiş iki fotoşəkilini də nümayiş etdirib.

Cənubi Koreya ordusu bundan əvvəl bildirmişdi ki, raket 2000 kilometr maximum hündürlüyünə çatdıb. Və atılma yerindən 800 km kənara düşüb.

KCNA agentliynin xəbərində deyilir ki, Şimali Koreya "qonşu ölkələrin təhlükəsizliyini nəzərə alaraq" bu dəfə raket üçün hündür trayektoriyadan istifadə edib.

Bundan əvvəl Şimali Koreyanın raketlərinin vaxtaşırı Yaponiyanın üzərindən keçməsi Yaponiya liderlərinin qəzəbinə səbəb olmuşdu.

Müdafiə analitiklərinin fikrincə, Hwasong-12 raketinin maksimum uçuş məsafəsi 4500 kilometrdir.

Bu, Şimali Koreyanın 2017-ci ildən bəri sınaqdan keçirdiyi ən uzun mənzilli raketdir.

Sınaq Vaşinqtonda çoxları tərəfindən təxribat kimi qiymətləndirilsə də bu dəfə Şimalı Koreya bu ritorikadan istifadə etməyib. KCNA-nın yayımladığı xəbərdə ABŞ-la əlaqəli məlumatlar yer almır. Üstəlik bu dəfəki sınaq Şimali Koreyanın hakim partiyası olan Rodong Sinmun qəzetinin ön səhifəsin də yer almayıb.

Təhlilçilər bunu Şimali Koreyanın öz silahlarını inkişaf etdirən hər hansı ölkə kimi qəbul olunması məqsədi ilə sınağın normal bir hal olmasını göstərməyə çalışdığı bildirir.

Bununla belə Şimali Koreyaya BMT-nin Təhlükəsizlik Şurasının bir sıra qətnamələri ilə hər hansı ballistik raket fəaliyyəti qadağan edilir.

Bununla da Şimali Koreya yanvar ayında artıq 11-ci raket sınağını həyata keçirmiş olub.

XS
SM
MD
LG