Accessibility links

Şimali Koreya rəhbərinin bacısı Cənubi Koreya prezidentinə "ağzını yummalı" olduğunu deyib


Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con

Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Con cümə günü Cənubi Koreya Prezidentinin ölkəsinin nüvədən tərksilahı müqabilində iqtisadi yardım göstərməyə hazır olduğunu təkrarladıqdan sonra onun “ağzını yummalı” olduğunu deyib.

Bu, Şimali Koreyanın yüksək səviyyəli rəsmisinin Cənubi Koreya Prezidenti Yu Sok Yolun “cəsarətli” adlandırdığı planla əlaqədar ilk şərhi olub. İlk dəfə may ayında təklif edilən plan onun vəzifəyə başlamasının ilk 100 günündə keçirdiyi mətbuat konfransında bir daha gündəmə gəlib.

“Onun imici üçün cəfəngiyyat danışmaqdansa, ağzını yumması daha yaxşı olardı. Şimalın qüruru və nüvə silahını iqtisadi əməkdaşlığa dəyişməyi düşünmək sadəlöhvlük və uşaqcasına düşüncədir” dövlət xəbər agentliyi KCNA Kim Yo Conun Yu haqda dediyini şərh edib.

“Bu, onun mənasız danışmaqdansa, səsini kəsməsi üçün daha məqsədəuyğun olardı - deyə, Kim bildirib. Dövlət KCNA xəbər agentliyi onun dedikdlərinə istinad edib.

“Heç kim öz taleyini qarğıdalı piroquna dəyişdirməz” - deyə, o bildiribi.

Şimali Koreya ilə münasibətləri idarə edən Cənubi Koreyanın birləşmə naziri Kimin şərhlərini “çox hörmətsiz və nalayiq” adlandırıb.

Yoon Şimali Koreyanın nüvə silahının inkişafını dayandıracağı və nüvəsizliyə başlayacağı təqdirdə ona mərhələli iqtisadi yardım göstərməyə hazır olduğunu desə də, o, Şimali Koreyanın Cənubi Koreyaya qarşı hərbi müdaxilədən çəkindirməyə da çalışır.

Gələn həftə başlayacaq böyük səhra təlimləri də daxil olmaqla, Cənubi Koreya ABŞ-la uzun müddətdir dayandırılmış birgə təlimləri bərpa edib.

XS
SM
MD
LG