Accessibility links

Şimali Koreya yeni qitələrarası balistik raketini uğurla sınaqdan keçirib


Şimali Koreya bu gün ABŞ-a çata biləcək yeni qitələrarası balistik raketini uğurla sınaqdan keçirdiyini elan edib.

Raket Yapon dənizinə düşüb. Xəbərə reaksiya bildirən prezident Donald Tramp təfsilata varmadan “bu məsələni həll edəcəyik”- deyə, bildirib.

Cənubi Koreya Pxenyanın davranışına cavab olaraq raket təlimləri həyata keçirib.

“Hərbi qüvvələrimiz Şimali Koreyanı daim nəzarət altında saxlayır və onlar digər bir təxribat xarakterli sınaq həyata keçirdikləri təqdirdə, biz təxribatın mənbəyini və strateji obyektlərə dəqiq zərbələr endirmək üçün hazırıq” - deyə, Cənubi Koreyanın Birgə Hərbi Qərərgahlar sözçüsü Roh Cae-çeon bildirib.

Yaponiyanın baş naziri Şinzo Abenin xahişi ilə BMT Təhlükəsizlik Şurasının bu gün təcili yığıncaq keçirəcəyi gözlənilir.

Pxenyan sentyabrdan bəri raket sınaqları həyata keçirməyib. Bu gün raket sınağı ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr sıyahısına əlavə etdikdən sonra həyata keçirilən ilk raket sınağıdır.

Şimali Kareyanın son sınaqları ABŞ və Cənubi Koreyanın minlərlə qoşunu daxil olmaqla, dekabrın 4-ü və 8-i arası keçiriləcək beş günlük birgə hərbi təlimlərə hazırlıq gördüyü vaxta təsadüf edir.

Pxenyan müntəzəm olaraq bu kimi hərbi təlimləri qınayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG