Accessibility links

Cənubi koreyalılar Şimali koreyalı qohumları ilə bir araya gəlib


90 nəfər cənubi koreyalı müharibə nəticəsində yarımadanın ikiyə bölünməsi nəticəsində bir-birindən ayrıldıqdan 60 il sonra şimali koreyalı qohumları ilə bir araya gəlib.

Tərəflər bazar ertəsi avtobus karvanı sərhədi keçdikdən bir neçə saat sonra Şimali Koreyanın Kumqanq dağlıq turist istirahət mərkəzində bir araya gəlib.

Üç gün davam edəcək görüş mərasimində iştirakçılar Şimali Koreya agentlərinin nəzarəti altında Şimali koreyalı qohumları ilə altı dəfə üz-üzə görüş keçirəcək.

2000-ci ildən bəri tərəflər arasında 20 belə görüş keçirilib. Sonuncu görüş 2015-ci ilin oktyabr ayında baş tutub.

Milyonlarla koreyalı ailə 1950-53-cü illərdə gedən Koreya Müharibəsindən sonra ayrılıb. 50 il ayrı qaldıqdan sonra nə zamansa qohumlarına qovuşacağını gözləyənlərin çoxu vəfat edib. Sağ qalanların əksəriyyətinin 80 yaşı var.

Qohumları ilə görüşmək istəyənlərdən bir neçəsi, əslən koreyalı Amerika vətəndaşlarının adları heç zaman bu mərasimdə iştirak etmək üçün siyahıya daxil edilməyib.

XS
SM
MD
LG