Accessibility links

Şimali Kosovoda münaqişə Serbiya və Kosovonun Aİ-yə daxil olmaq hədəflərini riskə atır


Şimali Kosovoda münaqişə Serbiya və Kosovonun Aİ-yə daxil olmaq hədəflərini riskə atır
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Şimali Kosovoda münaqişə Serbiya və Kosovonun Aİ-yə daxil olmaq hədəflərini riskə atır

Son zamanlarda Şimali Kosovoda kosovolularla etnik serblər arasında toqquşmalar regionda mümkün yeni münaqişə ilə bağlı narahatlıqları artırır.

ABŞ Dövlət katibi Antoni Blinken dediyinə görə, Kosovo ilə Serbiya arasında gərginliyin artması Kosovonun gələcəkdə Aİ-na inteqrasiyasını ləngidə bilər.

Gərginliyə Şimali Kosovoda yaşayan serblərin Kosovonun əsasən serblərin yaşadığı regiona etnik alban merlər təyin etmək qərarına cavab olaraq iğtişaşlar törətməsi səbəb olub.

Kosovo hökuməti izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və səsli qumbaralardan istifadə edən silahlı polis göndərib. Serbiya Kosovo ilə sərhədə qoşun yerləşdirib.

Avropa Parlamentinin bir üzvü Kosovonun toqquşmalara cavabını tənqid edib.

"Aydındır ki, ağır silahlı polis qüvvələrini yerləşdirmək Pristinanın qərarıdır. Bu, açıq-aydın hökumətin qərarıdır və mən düşünürəm ki, sonda bu böyük bir səhv idi. Bu, bütün prosesi təhlükəyə atır mı? Mən deyərdim ki, əlbəttə ki, bu, yardım etməyəcək. Və bu, etibarı çox pozdu və zədələdi," Viola von Kramon-Taubadel deyib.

Taubadel Birgə Monitorinq Komitəsinin apreldə Serbiya ilə Kosovo arasında əldə olunan razılığın icrasına nəzarət etmək işinə istinad edir.

Razılığa əsasən, Kosovo hökuməti Şimalo Kosovodakı etnik serb əhaliyə özlərini idarə etməyə icazə verəcək. Serbiya hökuməti isə Kosovonun beynəlxalq təşkilatlara qoşulmaq cəhdlərinə müdaxilə etməməyə söz verib.

Bu razılaşma Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyasını sürətləndirmək üçün nəzərdə tutulsa da, artan gərginlik razılaşmanı riskə atıb.

“Bizim hazırda əldə etdiyimiz kompromis aydındır ki, kifayət deyil və oradakı insanların maraqlarına xidmət etmir,” Taubadel deyib.

Avropa rəsmiləri münaqişəni yumşaltmağa çalışdığı bir vaxt, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Kosovoda artan gərginlik Avropanın mərkəzində “böyük partlayışa” gətirib çıxara bilər.

Ukraynanın Xorvatiyadakı keçmiş səfiri Oleksandr Levçenko deyir ki, Şimali Kosovada baş verənlər Moskvanın xeyrinədir.

“Onların məqsədi odur ki, haradasa, amma yaxşı olardı ki, Avropada münaqişə olsun və avropalılar və amerikalıların diqqəti Ukraynadan yayınsın. Bu həmçinin özünü “sülhməramlı” kimi təqdim edəcək Moskvaya siyasi xal qazanmağa imkan verəcək.”

Avropa Siyasi Araşdırmalar Mərkəzindən Ervan Fuere razılaşır.

“Şübhəsiz ki, bu son iğtişaşlarda, gərginliyi artırmağa çalışan bədxah qüvvələr var: Rusiyalı qruplar,” o deyir.

Ekspertlər Qərbi Balkanların Avropa ittifaqına sürətli inteqrasiyasının problemi həll etməyə kömək ebə biləcəyinə inanır.

“Bu, Aİ və onun yaxın qonşuluğunda uzun-müddətli sabitliyi təmin etməyin yeganə yoludur,” Fuere deyir.

NATO rəsmiləri gərginliyi azaltmaq məqsədilə regiona əlavə 700 qoşun yerləşdirir. ABŞ rəsmiləri isə Kosovonun regionda davam edən hərbi təlimlərdə iştirakına icazə verməyib.

XS
SM
MD
LG