Accessibility links

Norveç koronavirus pandemiyası başlayandan bəri ilk dəfə maska taxmağı tövsiyə edib


Norveçin səhiyyə rəsmiləri cümə günü paytaxt Oslo və ətraf bölgələrdə insanlara ictimai nəqliyyatdan istifadə edərkən maskalar taxmağı tövsiyə edib. Bu ilk dəfədir ki, ölkədə COVID-19-a yoluxma hallarının artması fonunda maska taxmaq tövsiyə edilir.

Səhiyyə naziri Bent Hoi Osloda keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, maska taxmaq məcburi olmasa da, ictimai nəqliyyatda bir metr və ya daha çox sosial məsafəni saxlamaq çətin olduğu üçün bu, əlavə tədbir kimi tövsiyə olunur.

Hoi üz maskası taxmaq tövsiyəsinin 14 gün ərzində qüvvədə qalacağını və ondan sonra yenidən qiymətləndiriləcəyini deyib.

Avropanın digər ölkələri COVID-19-la bağlı məhdudiyyətləri qaldırdığı üçün, mağazalar və ictimai nəqliyyat kimi digər yerlərdə məcburi maska taxmaq qaydaları tətbiq edilib. Skandinav ölkələri isə bu yaxınlara qədər bu kür qaydalar tətbiq etməmişdi.

Lakin son günlər Danimarka və Finlandiya rəsmiləri fikirlərini dəyişib və vətəndaşlarına maskadan bəzi hallarda istifadə etməyi tövsiyə edib.

İsveç isə hələ də maska taxmamaq siyasətinə sadiq qalır. Ölkənin Səhiyyə Nazirliyi onların effektivliyinə şübhə ilə yanaşır.

Cümə günü Norveçin Xalq Sağlamlığı İnstitutu koronavirusa 9850 yoluxma, 261 ölüm halının qeydə alındığını bildirib.

XS
SM
MD
LG