Accessibility links

Norveç rəsmiləri Venesuela danışıqlarında irəliləyiş olduğunu bildirir


Norveç hökuməti bildirir ki, Venesuela prezidenti Nikolas Maduro və müxalifət lideri Xuan Quaydonun nümayəndələri arasındakı danışıqlarda irəliləyişlər əldə edilib.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəf "Venesueladakı böhranın qarşılıqlı həll yolu üçün irəliləyişə hazır olduqlarını nümayiş etdirib."

Venesuelanın xarici işlər naziri Xorxe Arreaza paylaşdığı tvitində Norveçin sülh səylərini yüksək qiymətləndirib.

Arreaza həmçinin tərəflərin Venesuela böhranının müzakirəsi edilən həll yoluna hazır olduqlarını söyləyib.

Venesuela prezidenti Nicolas Maduro dialoqun problemləri həll etmək üçün tək yol olduğunu bildirib.

"Tək yol dialoqdur. Norveçə getmək üçün çox şey lazım oldu və bir neçə aydır gizli danışıqlar gedir. Biz bu kimi danışıqları ardıcıl şəkildə davam etdirməliyik," Venesuela prezidenti Nikolas Maduro deyib.

Birləşmiş Ştatlar və təxminən 50-yə yaxın digər ölkə Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyır. Venesuela Birləşmiş Ştatlarla Maduro rejimini hərbi avadanlıqla təmin edən Rusiya və Maduroya yardım məqsədilə qoşun yollamaqda ittiham edilən Kuba arasında gərginliyə səbəb olub.

Xuan Quaydo Maduronun istefası və yeni seçkilərin keçirilməsi ilə nəticələnəcəyi halda Norveçdə danışıqların aparılmasına razı olub.

Venesueladakı siyasi və iqtisadi böhranı həll etmək məqsədilə paytaxt Osloda keçirilən danışıqların ikinci raundunun detalları açıqlanmayıb.

XS
SM
MD
LG