Accessibility links

Norveç Venesuela böhranına vasitəçilik edir


OSLO, NORVEÇ - Norveç hökuməti cümə günü Venesuelada siyasi böhranı aradan qaldırmaq məqsədilə danışıqlara vasitəçilik etdiyini təsdiqləyib.

Rəsmi Oslo bu açıqlamanı müxalifət lideri Xuan Quaydonun Norveçə nümayəndə heyəti göndərməsindən, ancaq Nikolas Maduro hökuməti ilə danışıqlar apardığını inkar etməsindən sonra verib.

Venesuelada əsas siyasi fiqurların təmsilçiləri ilə ilkin təmaslar qurulub.

Skandinaviya ölkəsi bildirir ki, Venesuelada “əsas siyasi fiqurların təmsilçiləri ilə ilkin təmaslar” qurulub.

Bu səylər ölkədəki situasiyanı çözməyə töhfə verməyin araşdırma fazasıdır, bəyanatda deyilir.

“Norveçdə bəzi elçilər var,” Quaydo Karakasda cümə axşamı keçirilən nümayişdə etirazçılara deyib.

Hələ danışıqlar yoxdur

Quaydo bəyan edib ki, Oslo tərəfləri bir araya gətirmək istəyir, amma ortada danışıqlar yoxdur.

“Bu, bizim venesuelalıların hazırladığı və müəyyən etdiyi təşəbbüsü inkişaf etdirməyimiz üçündür. Başqa hər şey spekulasiyadır,” Venesuelanın müxalifət lideri Xuan Quaydo deyib.

Venesuela müxalifəti Nikolas Maduronun hakimiyyətdən getməsini tələb edir.
Venesuela müxalifəti Nikolas Maduronun hakimiyyətdən getməsini tələb edir.

Birləşmiş Ştatlar və təxminən 50-yə digər ölkə Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyır. Venesuela Birləşmiş Ştatlarla Maduro rejimini hərbi avadanlıqla təmin edən Rusiya və Maduroya yardım məqsədilə qoşun yollamaqda ittiham edilən Kuba arasında gərginliyə səbəb olub.

Venesuela yanvar ayının sonundan etibarən dərin siyasi bir böhran yaşayır. Venesuela Parlamenti müxalifət tərəfindən idarə olunur. Quaydo Maduronun vəzifədə qeyri-qanuni olduğunu söyləyərək, özünü ölkənin müvəqqəti prezidenti elan edib.

XS
SM
MD
LG