Accessibility links

Norveçdə qətliam qurbanlarının xatirəsi anılır



Norveçdə 77 insanın ölümülə nəticələnmiş bomba hücumu və kütləvi qətliamın ildönümü qeyd edilir.

Hadisə qurbanlarının məzarı önünə əklil qoyan Baş nazir Yens Stoltenberq deyib ki, Norveç faciəyə demokratik və tolerant dəyərlərə uyğun olaraq cavab vermişdir.

2011-ci ildə iyulun 22-də Anders Behrinq Breivikin Osloda hökumət binasında törətdiyi partlayış nəticəsində səkkiz adam həlak olmuşdu. Berivik bundan sonra Utoeya adasında gənclərin düşərgəsində 69 adamı qətlə yetirmişdir.

Hadisə baş verən zaman 32 yaşı olan Breivik qətliama görə məsuliyyəti öz böynuna götürmüş və hadisə qurbanlarının “Norveçi islamlaşdırmaq istədiyini” deyərək, özünə bəraət qazandırmışdır.

Breivikim məhkəməsi keçən ay bitib. Məhkəmənin qərarını avqust ayında verəcəyi gözlənilir.

Norveç hadisələrinin ildönümü
please wait

No media source currently available

0:00 0:00:45 0:00
XS
SM
MD
LG