Accessibility links

Norveç Helsinki Komitəsi Bəxtiyar Hacıyevə qarşı pis rəftarın araşdırılmasını tələb edir


Bəxtiyar Hacıyev 
Bəxtiyar Hacıyev 

Norveç Helsinki Komitəsi ictimai siyasi fəal Bəxtiyar Hacıyevə qarşı edilən hücumdan və pis rəftardan narahatdır.

Bu barədə Komitənin aprelin 26-da Facebook səhifəsində qeyd edilib.

Norveç Helsinki Komitəsi Bəxtiyar Hacıyevin #hamıüçünədalət müdafiə kampaniyasına qoşularaq ona qarşı edilən hücumla bağlı hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

“Dəhşətli pis rəftarı pisləyən Norveç Helsinki Komitəsi cinayətkarların müəyyən edilərək həbs edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması üçün təcili, effektiv və yekun araşdırma aparılmasını tələb edir” - deyə, komitə bildirib.

Onlar hesab edir ki, hakimiyyət bu hadisəni törədənlərin tapılması üçün hər şey etməldir.

“Hakimiyyət həqiqətən də adını təmizləmək istəyirsə, tanınmış tənqidçisinə qarşı törədilən hadisəni ictimaiyyət qarşısında pisləməli və bu cür hücumlara sıfır dözümlülük nümayiş etdirməli və bu hərəkətə görə məsuliyyət daşıyanların tapılması üçün tezliklə mümkün olan hər şeyi etməlidir”.

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də saat 23.00 radələrində Bakı şəhərində evə gedərkən M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirib və naməlum yerə aparıblar. Daha sonra Azərbaycanın daxili işlər naziri ilə bağlı Facebook-da yazdığı yazıları silməyə məcbur edilib, sonra gözü bağlı halda Bakı şəhərindən kənarda sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev Bəxtiyar Hacıyevin həmin açıqlamasından sonra məlumat yayıb.

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”, məlumatda bildirilir.

Bundan sonra şikayətə əsasən cinayət məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açıldığı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG