Accessibility links

Norveçdə helikopter qəzası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb


"Sikorsky S-92" helikopteri
"Sikorsky S-92" helikopteri

Polisin cümə axşamı bildirdiyinə görə, helikopter Norveçin qərbində okeana düşdüyüi zaman bir nəfər ölüb, beş nəfər yaralanıb. Bu səbəbdən ölkənin dənizdəki neft və qaz platformalarına gediş və daşınma müvəqqəti dayandırılıb.

Rəsmilər qəza baş verən zaman Norveçin Bristow şirkətinə məxsus "Sikorsky S-92" helikopterinin çərşənbə günü axtarış-xilasetmə təlimi missiyasında olduğunu bildirib.

Polisin açıqlamasında altı ekipaj üzvünün hamısının xilasedicilər tərəfindən pkeandan çıxarıldığı, lakin daha sonra birinin xəstəxanada öldüyü deyilib.

Xəstəxana sosial media platforması cümə axşamı X-dəki yeniləməsində sağ qalan ekipaj üzvlərindən birinin vəziyyətinin kritik, birinin ağır olduğunü, qalan üç nəfərin isə daha yüngül xəsarətlər aldıqlarını yazıb.

Qəzanın səbəbi hələlik məlum deyil.

"Biz qəzanı araşdırmaq üçün Stavanger və Bergenə qəza müfəttişləri göndərmişik" - deyə, Norveçin Təhlükəsizliyin Təhqiqatı İdarəsinin rəhbəri Uilyam Berthessen Reuters xəbər agentliyinə bildirib.

Bu iki şəhər Norveçin gündə təxminən 4 milyon barel neft ekvivalenti hasil edən geniş neft və qaz sənayesi üçün ən işlək mərkəzləridir.

"Bristow Group" açıqlamasında hadisəyə reaksiya verən rəsmilərlə əməkdaşlıq etdiyini və şirkətin müvafiq məlumatlar topladığını bildirib.

Helikopteri istehsal edən "Lockheed Martin Sikorsky" şirkəti çərşənbə günü bildirib ki, təhlükəsizlik onun əsas prioritetidir və istintaqı dəstəkləməyə hazırdır.

Forum

XS
SM
MD
LG