Accessibility links

Norveç Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib


Norveçin Baş naziri Yonas Qar Stere
Norveçin Baş naziri Yonas Qar Stere

Norveç Ukraynada müharibəyə cavab olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində çərşənbə axşamı öz silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə keçirəcək.

Bu barədə bazar ertəsi ölkə hökumətinin başçısı məlumat verib.

Norveç hazırda Avropa İttifaının ən böyük təbii qaz ixracatçısıdır və Rusiya tədarükünün kəsilməsindən sonra ölkənin təchizatı Aİ-nin bütün idxalının təxminən dörddə bir hissəsi təşkil edir.

"Bu, onilliklər ərzində təhlükəsizliklə bağlı ən ağır vəziyyətdir. Rusiyanın hərbi fəaliyyətini digər ölkələrə genişləndirməsinə dair heç bir əlamət yoxdur, lakin gərginliyin artması bizi təhdidlərə, kəşfiyyat əməliyyatlarına və təsir kampaniyalarına qarşı daha həssas edir" – deyə, Norveçin Baş naziri Yonas Qar Stere mətbuat konfransında bildirib.

Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, silahlı qüvvələr hazırlığa daha az, əməliyyat tapşırıqlarına isə daha çox vaxt ayıracaq, Daxili Qvardiya və çevik səfərbərlik qüvvələri daha fəal rol oynayacaq.

Norveç Silahlı Qüvvələrinin rəhbəri, general Eyrik Kristoffersen bildirib ki, Norveç Hərbi Hava Qüvvələri F35 qırıcılarının ABŞ-dakı təlimini ləğv edib, onları ölkədə saxlamağa üstünlük verib.

"Biz bu vəziyyətin ən azı bir il davam edəcəyini gözləyirik" – deyə, Kristoffersen qeyd edib.

Norveç sentyabrın 26-da "Şimal axını" boru kəmərində sızmadan sonra ilk dəfə olaraq dəniz platformaları və quru obyektlərinin mühafizəsi üçün öz qüvvələrini göndərib və Britaniya, Fransa və Almaniya donanmasından dəstək alıb.

XS
SM
MD
LG