Accessibility links

Məşhur tennisçi peyvənd sənədləri ilə bağlı Avstraliyada immiqasiya mərkəzində saxlanılır


Dünyanın ən məharətli tennisçilərindən biri olan serbiyalı Novak Cokoviç artıq neçə gündür ki, Avstraliyada imiqrasiya mərkəzinə saxlanılır. Buna səbəb oyunçunun peyvənd vurdurmaqdan azad olduğunu göstərən tibbi sənədlərinin qanunsuz hesab olunmasıdır.

Cokoviç ilk dəfə keçirilməsi nəzərdə tutulan Grand Slam tennis yarışına qatılmaq üçün Avstaliyaya yola düşmüşdü.

Serbiyanın 34 yaşlı milli fəxrinin anası onun Melburnda potensial miqrantlar üçün məhdud təchiz olunmuş saxlama mərkəzinə yerləşdirilməsinə qarşı çıxıb və "onu məhbus kimi saxlayırlar" deyib.

Oğlu ilə telefonla danışdıqdan sonra "Bu, ədalətli deyil, insani deyil" deyən Diana Cokoviç bildirib ki, "Ümid edirəm ki, bizim kimi o da güclü qalacaq və davam etmək enerjisi olacaq. Ümid edirəm ki, qalib gələcək."

Multimilyoner və 20 dəfə Grand Slam çempionluğunu qazanmış oyunçu saxlanma şəraitinin pis olduğunu və yeməklərin "dəhşətli" olduğunu bildirib.

Avstraliya rəsmiləri oyunçunun sərbəst şəkildə ölkəni tərk edə bildiyini deyib. Sadəcə olaraq o, federal məhkəmənin yanvarın 10-a təyin olunmuş dinləməsinə qədər ölkəyə daxil olmamalıdır.

Digər tərəfdən Daxili İşlər Naziri Karen Endryus Avstraliya Açıq Çempionatı ilə əlaqədar verilən digər iki istisnanın da araşdırıldığını bildirib.

Dünyaca məşhur tennisçi Novak Cokoviç COVID-19 peyvəndin açıq tənqidçisidir. Yoluxmaların kəskin artması səbəbindən xarici səyahətçilərə tətbiq olunan sərt məhdudiyyətlərə baxmayaraq o peyvənddən azad olunduğunu göstərən sənədləri ilə yerli Avstraliya rəsmilərindən ölkəyə giriş icazəsi əldə etmişdi.

Tennis Avstraliya bildirir ki, ölkəyə girişi üçün istisna icazəsi "ciddi yoxlama prosesindən sonra verilib". Lakin heç bir tərəf bu icazə tələbinin detallarını açıqlamayıb.

Yanvarın 5-də Cokoviç Melburn hava limanına gəldikdən sonra Avstraliya Sərhəd Xidməti onun istisna icazəsini etibarsız sayıb. Ardınca vizası ləğv edilərək immiqrasiya otelinə yerləşdirilib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG