Accessibility links

Novruz bayramı günlərində, martın 29-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək


Karantin

Azərbaycan Nazirlər Kabineti xüsusi karantin rejimini iyunun 1-dək uzadıb.

Nazirlər Kabineti həmçinin aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar da qəbul edib.

Qərara əsasən aprel və may aylarında həftənin istirahət və bayram günlərində ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Beləliklə, Novruz bayramı günlərində, martın 20-dən martın 29-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il iyunun 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG