Accessibility links

Vaşinqtonda Novruz bayramı tədbiri keçirilib [Video]


Vaşinqtonda Novruz bayramı tədbiri keçirilib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Martın 20-də Vaşinqtonda Assembly of the Friends of Azerbaijan adlı təşkilat Novruz şənliyi təşkil edib. Tədbirdə Amerikada yaşayan azərbaycanlılar, eləcə də amerikalılar iştirak edib.

Açılış çıxışında Novruz bayramının qısa tarixçəsindən və adət-ənənələrindən bəhs olunub.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu bayramda yalnız baharın gəlişini deyil, həm də Azərbaycanın kimliyinin sınaqlardan keçərək qorunub saxlanmasının, istiqlaliyyətinin təntənəsinin də qeyd edilməsinin vacibliyini vurğulayıb.
Tədbir daha sonra Nyu-Yorkda yaşayan azərbaycanlı müğənni tərəfindən milli mahnılarımızın canlı ifası ile davam edib.
Amerikanın Səsinə danışan azərbaycanlı qonaqlar bu cür tədbirlərin xaricdə yaşayan həmvətənlərimizin doğma bayramı bir yerdə qeyd edib, şənlənməsi, icmada bayram əhval ruhiyyəsinin yüksək səviyyədə yaşanması üçün vacib olduğunu bildiriblər.
XS
SM
MD
LG