Accessibility links

Vaşinqtonda qlobal nüvə təhlükəsizliyinə dair sammit başlayır


Prezident Obama deyib ki, Əl-Qaidə kimi terror təşkilatları nüvə silahları əldə etməyə çalışır və onlar buna nail olsa, bu, qarşıdan gələn illər qlobal təhlükəsizliyin ümumi mənzərəsini dəyişə bilər.

Dünya liderləri nüvə silahlarının terrorçuların əlinə düşməməsi məqsədilə qlobal strategiyanın hazırlanması üçün paytaxt Vaşinqtonda nüvə sammitinə toplaşıblar. İki gün sürəcək zirvə toplantısını ABŞ prezidenti Barak Obama açacaq.

Cənab Obama dünən müxbirlərə deyib ki, Əl-Qaidə kimi terror təşkilatları nüvə silahları əldə etməyə çalışır və onlar buna nail olsa, bu, qarşıdan gələn illər qlobal təhlükəsizliyin ümumi mənzərəsini dəyişə bilər.

Qərbin nüvə silahı əldə etməyə çalışdığına görə tənqid etdiyi Şimali Koreya, İran və Suriya sammitə dəvət olunmayıb. Prezident Obama sammitin açılışından öncə dünya liderlərilə ayrı-ayrı görüşlər keçirir.

Dünən ABŞ prezidenti nüvə silahına malik iki rəqib ölkə olan Hindistan və Pakistan, habelə Qazaxıstan və Cənubi Afrika liderləri ilə görüşüb.

Bu gün prezident Obamanın İordaniya, Malaziya, Ermənistan və Çin prezidentləri ilə ikitərəfli görüşləri planlaşdırılıb.

Ağ Ev həmçinin cənab Obamanın Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla sabah görüşəcəyini elan edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG