Accessibility links

Bakıda Nuda Veritas sərgisi keçiriləcək


 Bakıda Nuda Veritas sərgisi keçiriləcək
Bakıda Nuda Veritas sərgisi keçiriləcək

Nuda Veritas sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir

İyunun 13-dən 27-dək Bakı Müasir İncəsənət Muzeyində gənc kurator Samir Sefinin debüt layihəsi olan Nuda Veritas sərgisi keçiriləcək.

“YARAT”.az-ın məlumatəna görə sərginin konsepsiyası 2013-cü ilin martında qeyri kommersiya təşkilatı olan YARAT Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın əməkdar rəssamı Sabina Şıxlinskaya tərəfindən aparılan "Müasir incəsənətdə kurator və mediator təcrübələri" adlı ustad dərs nəticəsində yaranıb.

Nuda Veritas (Latın dilindən tərcümədə Çılpaq Həqiqət) layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.

Nuda Veritas sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilmiş əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG