Accessibility links

Viktoriya Nuland: Rusiyaya qarşı sanksiyalar Ukraynada sülh razılığının şərtlərinə əməl olunmayana qədər qüvvədə qalacaq


ABŞ-ın yüksək səviyyəli diplomatı Rusiyaya qarşı ölkənin Ukraynada böhranda rolu ilə bağlı sanksiyaların atəşkəs haqda riayət olunmayan razılığın şərtlərinə tam əməl olunmayana qədər qüvvədə qalacağını bildirib.

ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland eyni zamanda Moskvaya Minks sülh razılaşmasının gələcəkdə pozulduğu halda bunun cavabını verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Viktoriya Nuland bu bəyanatı Kiyevdə Ukrayna və xarici ölkə siyasətçiləri və iş adamlarının qatıldığı toplantıda verib.

"Minsk razılığına Ukraynanın sərhədlərində suverenliyin bərpa edilməsi də daxil olmaqla bütünlüklə əməl edildikdə bəzi sanksiyaların aradan qaldırılmasına başlaya bilərik"-deyə o bildirib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançıları dəstəkləməkdə günahlandıraraq, Rusiyanın hərbi və maddi-texniki dəstəyinin qarşısının alınması məqsədilə iqtisadi sanksiyalar tətbiq edib.

Avropa İttifaqının sanksiyalarının ilk raundu 2014-cü ilin iyul ayında təhlilçilərin Ukrayna üzərində uçan Malayziya təyyarəsinin Rusiya istehsalı raketlər tərəfindən vurulduğunu bildirməsindən sonra tətbiq edimişdi. O vaxtdan bəri həm Brüssel, həm də Obama administrasiyası Rusiyanın yüksək səviyyəli rəsmilərini hədəf alan sanksiyalar tətbiq edərək, onların səfərlərinə qadağalar qoyub.

Bununla yanaşı, Qərb hökumətləri Rusiyanın bank sektorunu hədəf alan bir sıra sanksiyalar tətbiq edib və Rusiyanın enerji şirkətlərinin ABŞ-ın texnologiyaları və xidmətlərindən istifadə imkanlaırnın qarşısını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG