Accessibility links

Nümayəndələr Palatası İranda nümayişlərin dağıdılmasını qınayan qətnamə qəbul edib


ABŞ qanunvericiləri İran rejiminin nümayişləri dağıtmasını qınayır
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Konqresin Nümayəndələr Palatası İran rəhbərliyinin son nümayişləri dağıtmasını qınayan qətnamə layihəsini yekdilliklə qəbul edib. Konqres bundan sonra 60 gün ərzində prezident Trampın 2015-ci ildə İranla nüvə razılığını yenidən təsdiq etməmək qərarını ünvanlamalıdır.

Nümayişlər dağıdıldı, lakin İran xalqı unulmadı. ABŞ Konqresinin qanunvericiləri İran rejiminin nümayişləri dağıtmasını qınayan səsverməsi ilə bu mesajı verib.

Respublikaçı konqresmen Ed Roys:”Biz bu qətnaməni qəbul edib sakit dayana bilmərik, biz Amerikanın İran xalqı ilə bir dayandığını bəyan edirik.”

İran rəhbərliyi Konqresdəki səsvermədən öncə bu məqama toxunub. Ayətullah Xameneyi Twitter səhifəsində yazıb ki, İran öz xalqını ABŞ və Twitter –də nümayişlər boyu mesajlar yazan prezident Trampdan daha yaxşı tanıyır.”

Lakin qanunvericilər bildirir ki, bu, Nümayəndələr Palatasının əsas məqsədi deyil və Senatda da buna oxşar qətnamənin bu yaxınlarda səsverməyə çıxarılacağı gözlənilir.

Respublikaçı konqresmen Ed Roys:”İran xalqı ilə bir dayanaraq, biz bildiririk ki, onlar bizim sanksiyalarımızın hədəfi deyil. ABŞ sanksiyaları İran xalqı deyil, repressiv, qeyri-sabitlik yaradan rejimi hədəf alır.”

Səsvermə mühüm bir vaxt keçirilib. Prezident Tramp 2015-ci ildə Obama administrasiyasının əldə etdiyi nüvə razılığını şübhə altına alaraq, oktyabr ayında İranın razılaşmaya əməl etdiyini təsdiq etməkdən imtina etdiyini və yeni şərtlər istədiyini bildirib.

ABŞ-ın-vitse-prezidenti Mayk Pens: “Prezident və onun administrasiyası Birləşmiş Ştatların və İrana qarşı bu iqtisadi sanksiyaların iqtisadi ağırlığını göstərməyi davam etdirmək işinə sadiq qalır. İndi biz Konqreslə yeni razılıq və sanksiyalar üçün yeni şərtlər üzərində işləyirik.”

Nümayişlər razılışma ilə bağlı qərarın verilməsi ehtiyacını daha da artırır. Konqres bu həftədən başlayaraq qərar üzərində işləməlidir.

Senator Ben Kardin: “Mən Tramp administrasiyasının üzvləri ilə razılaşmanın sertifikasiyası və imtina məsələləri ilə bağlı görüşmüşəm. Konqresin bizim nüvə razılaşmasının polzulmasına yol verməyən heç bir addım atmadığımız və Avropa tətəfdaşları ilə yaxından iş apardığımıza necə kömək edə biləcəyini müzakirə etmişik.”

İranda nümayişlərin sönməsinə baxmayaraq, təhliçilər bunun təsirlərinin davam edəcəyini bildirir.

Vaşinqtondakı Yaxın Şərq institutunun təhlilçisi Patrik Klauson: “Bunun rejim üçün uzun sürən təsiri olacaq, o mənada ki, rejim əvvəl arxalandığı dəstəyə bundan sonra əmin olmayacaq.”

Bu isə qanunvericilərin razılığa gəlməli olduğuna daha bir əsas verir.

Demokrat konqrsmen Brad Şerman: “Nümayəndələr Palatasında İran razılaşması ilə bağlı iki tərəf var. Amma biz İranın, azından İran İslam Respublikasının Birləşmiş Ştatların müttəfiqi olmadığı məsələsində birik. Nümayəndələr Palatası heç vaxt insan haqlarının ifrat dərəcədə pozulması məsələsini diqqətsiz qoya bilməz, çünki İran hökuməti nüvə proqramının məhdudlaşdırılmasına razı olub.”

Konqres İranla bağlı qərarı mart ayına qədər verməlidir.

XS
SM
MD
LG