Accessibility links

Nümayəndələr Palatası hökumət idarələrinin yenidən açılması və borc limiti ilə bağlı səsvermə keçirməyə hazırlaşır



Respublikaçı qanunvericilər Konqresin Nümayəndələr Palatasının hökumət idarələrinin yenidən açılması və defoltun qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini səsverməyə qoymağı planlaşdırdığını bildiriblər.

Konqresmen Dalrrel İssa Nümayəndələr Palatasının səsverməyə qoyacağı qanun layihəsinin Senatda müzakirəyə çıxarılmış sənədlə oxşar olduğunu deyib.

Hər iki sənəddə hökumətin yanvarın 15- qədər üç ay müddətinə maliyyləşdirilməsini və hökumətin borc limitinin fevralın 7-ə qədər artırılmasını nəzərdə tutulur.

Nümayəndələr Palatasının hazırladığı sənəddə ABŞ-da yeni səhiyyə qanununda iki güzəştin edilməsi istənilir. Buraya tibbi avadanlığa görə verginin iki il müddətinə təxirə salınması və ABŞ prezidenti Barak Obama, onun kabinetinin üzvləri və Konqres üzvləri üçün səhiyyə xidmətləri subsidiyalarının ləğv edilməsi daxildir.

Ağ Ev Nümayəndələr Palatasının təklifini dərhal rədd edib. Cənab Obama dəfələrlə bildirib ki, səhiyyə islahatlarına dair qanuna dəyişikliklər müzakirəyə qoyulmayacaq.
XS
SM
MD
LG