Accessibility links

Nümayişçilər qətlə yetirilmiş afro-amerikalı yeniyetmə üçün ədalət tələb edirlər


Nyu York şəhərində 1000-dən çox adam yürüş keçirərək ötən ay Afro-Amerikalı yeniyetmənin Floridada mülki məhəllə patrulu tərəfindən öldürülməsinə etiraz edib.

Nümayişçilər İttifaq Meydanına toplaşaraq 17 yaşlı Treyvon Martinin xatirəsini yad ediblər. Treyvon fevralın 26-da Orlando yaxınlığında dükandan evə gedərkən güllə ilə vurulub.

Treyvonun valideynləri yürüşdə iştirak ediblər. Nümayişçilər qatil Corc Zimmermanın həbs olunmasını tələb edirlər.

"Bizim oğlumuz ölməyə layiq deyildi. Biz onu geri qaytara bilmərik, amma ədaləti bərqərar etməliyik ki, başqa valdeynlər bu acını yaşamasınlar," deyə Treyvonun atası bildirib.

Polis Treyvonu özünü müdafiə məqsədi ilə öldürdüyünü deyən Zimmermanı həbs etməyib. Amma Zimmermanın qaynar xəttə zəngi göstərir ki, o, özü Treyvonu izləyirdi. Martin ailəsinin vəkili bildirir ki, hadisə baş verən zaman mərhum sevgilisi ilə telefonda danışırdı.

XS
SM
MD
LG