Accessibility links

Nunesin memorandumunda nələr var?


Konqresin respublikaçı üzvləri tərəfindən hazırlanan mübahisəli sənəd ABŞ hüquq-mühafizə rəsmilərini Rusiya təhqiqatı zamanı izləmə səlahiyyətlərinin sui-istifadəsində ittiham edir.

Nümayəndələr Palatasının Kəşfiyyət Komitəsinin respublikaçı üzvləri tərəfindən yazılan üç səhifə yarımlıq memorandum prezident Donald Trampın razılığından sonra cümə günü dərc edilib.

Memorandumun əsas iddiası ondan ibarətdir ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosunun (FBI) Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı çərçivəsində Trampın sabiq tərəfdaşı Karter Peycin elektron izləmənsi üçün bir neçə order lazımi qaydada əldə edilməyib.

Peyc Trampın seçki kampaniyasında xarici siyasət müşaviri vəzifəsində çalışıb və Moksvaya səfər edərək, Rusiya rəsmiləri ilə görüşdükdən sonra ABŞ kəşfiyyatının diqqətini cəlb edib.

Memorandumun dərcini bloklamağa çalışan Nümayəndələr Palatasının Kəşfiyyət Komitəsinindənin demokratlar üzvləri isə sənədə “ciddi yanlış təsvirlərə” yol verildiyini bildiriblər.

XS
SM
MD
LG