Accessibility links

Nürnberqdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib


Mayın 13-də Almaniyanın Nürnberg şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.

Aksiyada yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Azad Həsənov, Seymur Həzi, Əfqan Muxtarlı və digər siyasi məhbusların dərhal azad olunması, repressiyalara son qoyulması tələb edilib. Tədbir iştirakçıları Azərbaycanın və Müsavat Partiyasının bayraqlarını, siyasi məhbusların fotolarını qaldırıb.

Aksiyada çıxış edən natiqlər Azərbaycan hakimiyyətin siyasətini sərt tənqid edib, rejimin dəyişdirilməsi zərurətini vurğulayıb. Xəbəri Müsavat AKM yayıb.

XS
SM
MD
LG