Accessibility links

İranın nüvə alimi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib


İranın nüvə alimi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib
İranın nüvə alimi Pakistanın Vaşinqtondakı səfirliyindən sığınacaq istəyib

İran alimin yoxa çıxmasında ABŞ-ın əli olduğuna dair dəlillərin meydana çıxdığını demişdi

İran Birləşmiş Ştatların Kəşfiyyat Agentliyi tərəfindən oğurlanan nüvə alimi Şəhram Əmirinin Pakistanın Vaşinqtondakı səfirliyində sığınacaq istədiyini deyib. Dövlət mediası alimin tez bir zamanda Tehrana göndərilməsini xahiş etdiyini xəbər verib. Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi İran rəsmilərinin Vaşinqtonda Əmirinin İrana göndərilməsini müzakirə etdiklərini bildirib.

30 ildir nüvə fizikası ilə məşğul olan Əmiri 2009-cu ilin iyun ayında oğurlanmışdı. Bundan bir neçə ay sonra İranın xarici işlər naziri Mənuçehr Mottəki alimin yoxa çıxmasında ABŞ-ın əli olduğuna dair dəlillərin meydana çıxmasını bildirmişdi.

Nüvə alimi Şəhram Əmiri başına gələnlərin, onun Briləşmiş Ştatlar Kəşfiyyat Agentliyi tərəfindən oğurlandığı və işgəncələrə məruz qaldığı, və ya onun elmi araşdırmalar aparmaq məqsədi ilə Birləşmiş Ştatlarda olduğu barədəki yazıları bir sıra suallar yaranmasına səbəb olub.

İran Şəhram Əmirinin Səudiyyə Ərəbistanında səfərdə olarkən ABŞ Kəşfiyyat Agentliyi tərəfindən oğurlandığını deyir. Vaşinqton ona qarşı irəli sürülən ittihamı rədd edir.

Şəhram Əmiri Birləşmiş Ştatlar və digər dövlətlərin İranın nüvə silahı istehsal etməkdə şübhələndiyi İranın Atom Enerjisi Təşkilatında çalışırdı. Tehran isə bunun yalan olduğunu deyir.

Bu məsələ ilə bağlı bir neçə video yazı çaşqınlığa səbəb olub. Bunlardan biri keçən ay İran televiziyası ilə nümayiş etdirilən, özünü Əmiri kimi təqdim edən şəxsin ABŞ-ın kəşfiyyat işçiləri tərəfindən oğurlandığını və həyatı üçün qorxduğunu deyən video lentdir. Bundan bir gün sonra üzü göstərilməyən bir şəxsin Birləşmiş Ştatlarda tibbi araşdırmalarla məşğul olduğu və nüvə silahı istehsalı ilə heç bir əlaqəsi olmadığını dediyi lent nümayiş etdirilib.

Amerika televiziya şəbəkəsi Əmirinin ABŞ-a könüllü qaçdığını deyərək, alimin İran hökumətinin təhdidlərilə üzləşdiyini bildirib. ABC telekanlının bildirdiyinə görə, vətənə qayıtmadığı təqdirdə İran hökuməti alimin ailə üzvlərinin həyatının təhlükədə olacağını bəyan edib.

XS
SM
MD
LG