Accessibility links

Müstəmləkə və ağların üstünlüyünü nümayiş etdirən heykəllərlə bağlı mübahisələr davam edir


Müstəmləkə və ağların üstünlüyünü nümayiş etdirən heykəllərlə bağlı mübahisələr davam edir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Müstəmləkə və ağların üstünlüyünü nümayiş etdirən heykəllərlə bağlı mübahisələr davam edir

ABŞ-da irqçilik əleyhinə davam edən etiraz aksiyaları zamanı bir neçə mübahisəli heykəl yerli sakinlər tərəfindən götürüldü və ya etirazçılar tərəfindən zorla yıxıldı. Götürüləcək heykəllərdən biri də 1939-cu ildən bəri Nyu-York şəhərinin Amerika Təbiət Tarixi Muzeyinin qarşısındakı Teodor Ruzveltin heykəli olacaq.

1901-1909-cu illərdə vəzifədə olan Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti Teodor Ruzveltin at üzərindəki heykəlinin yanında bir qaradərili və bir yerli amerikalı təsvir edilir. Etirazçılar bu heykəlin müstəmləkəçilik və ağların üstünlüyünü nümayiş etdirdiyini deyir.

Bu, Kristofer Kolumbun heykəli də daxil olmaqla, etirazçıların Nyu-Yorkda qaldırılmasını istədikləri bir neçə heykəldən biridir. Yeni Qara Bəbir Partiyasından Cabal Əl Tariq: “Xristofor Kolumbun kürsüsü və yanındaşı şir Ruzveldin at üzərindəki heykəlinə bənzəyir. Onun atdan düşüb Kolumbu kürsüsən düşürməsi kimi. O, təsəvvürünə belə gətirmir ki, bu torpaq bir zamanlar təmsilçi olub. Bu, Manna-hata adasıdır. ”

“İnsanların çoxu bunu təhqiramiz hesab edir. Çünki biz özümüzü ölkəni ilk kəşf edənlər kimi aparırıq. Lakin minlərlə illlər burada insanlar olub. Biz kəşf etməmişik, biz buranı ələ keçirmişik” deyə, tədqiqatçı Brayson Varren bildirir.

Lakin mərhum qubernator Mario Kuomonun oğlu, məşhur italyan-amerikalı ailəsindən olan Nyu-Yorkun hazırkı qubernatoru Endryu Kuomo heykəlin qalmasını istəyir. “Mən Kristofer Kolumbun və onun bəzi hərəkətlərinin dəstəklənmədiyini başa düşürəm. Lakin bu heykəl italiyalı amerikanların Nyu-Yorka verdiyi töhfələrə minnətdarlıq ifadə etmək üçün qoyulub. Buna görə də bunu dəstəkləyirəm."

Nyu-yorkluların arasında da bu kimi abidələrin sökülməsi ilə bağlı ziddiyyətli fikirlər var. Nyu-York sakini Lea Hiflin: “Onlardan heç birinin mənim üçün əhəmiyyəti yoxdur. Bu, `bizim tərəfimizdə deyilsinizsə - bizə qarşısınız və getməlisiniz` deməkdir. Martin Lüter Kinq? Ona da eyni münasibəti göstərmək olar. Eynilə Obamaya da. Hamısını götürək! Demək istəyirəm ki, Amerikanı qurmaq yolu səhv olub - sadəcə yenidən başlamalıyıq.“

Nyu-York sakini Sergey Troyanovski: “Məncə bu tamamilə dəhşətli bir qərardır! Mən heykəllərin və tarixin yenidən yazıldığı Sovet İttifaqında anadan olmuşam və bu kimi qərarlara tamamilə qarşıyam."

Nyu-York şəhəinin ölçüsü nəzərə alınsa, burada mikroskop altına çıxarılaçaq, hansının qalmalı, hansının getməli olduğuna qərar veriləcək çoxsaylı heykəl var.

Bu mübahisələrdən əvvəl belə Nyu-York şəhərinin meri və onun xanımı qadın və rəngli insanların daha çox heykəlinin qoyulmasına çalışırdı.

XS
SM
MD
LG