Accessibility links

Nyu York şəhərinin ən yüksək zirvəsi


Nyu York şəhərinin ən yüksək zirvəsi
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Yüksək körpü parkı Manhattan adasının ən yüksək nöqtəsi olan “Washinqton Heights” rayonunda yerləşir. Bu ərazinin zirvəsi olan Bennett Park isə dəniz səviyyəsindən 81 metr yüksəklikdə yerləşir. Bu rayon ABŞ-ın İstiqlaliyyət uğrunda müharibəsi zamanı önəmli strateji xarakterə sahib olib. Nyu York şəhərini Britaniya qüvvələrindən qoruyan Corc Vaşinqton bu ərazini müdafiə qəsri və müşahidə məntəqəsinə çevirib.

Hazırda “Washinqton Heights” rayonunda təxminən 150 min insan yaşayır. Yüksək park burada yaşayan sakinlərin, eləcə də turistlərin istirahət məkanlarından biridir. Parkın ən vacib atributu da elə adındakı körpüdür. Çünki, bu körpü Nyu York şəhərində salınıb hələ də işlək olan ən qədim körpüdür. Körpünün inşasına hələ 1867-ci ildə başlanılıb.

Tarixi önəmindən başqa bu park mükəmməl təbiət mənzərəsi ilə diqqət çəkir. Park təkcə gözəllik axtarışlarında olanlara xitab etmir. 19-cu əsrdə bu parkın ətrafında xüsusi atçılıq mərkəzi olub.

Nyu Yorkda açılan ilk dağ velosipedi parkı da burada yerləşir. Parkda 1936-ci ildən etibarən üzmə hovuzu və istirahət mərkəzi fəaliyyət göstərir.

Park 17-ci əsrdən 18-ci əsrə qədər fermerlərin əkin torpağları olub. Buna görə də parkda bir çox ekzotik ağaclara rast gələ bilərsiniz. Həmçinin üzüm, moruq, saqqız ağacına rast gələ bilərsiniz. Parkda hətta sumax bitkisinə də rast gəlmək olar.

19-cu əsrdə Nyu Yorkun su ehtiyacını ödəyən su anbarı da bu parkda yerləşib.

Körpü gəzintisi zamanı müsafirlər həm Nyu Yorkun tarixi ilə bağlı maraqlı faktlar öyrənmək həm də mənzərələrdən feyziyab olur.

XS
SM
MD
LG