Accessibility links

Nyu-York şəhərinin açılışı ikinci fazasına daxil olub


Nyu-York şəhərinin açılışı ikinci fazasına daxil olub
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Nyu-York şəhərinin açılışı ikinci fazasına daxil olub

Koronavirus pandemiyasına görə bağlanan Nyu-York şəhəri açılışının ikinci fazasını yaşayır. Bu, 300 min insanın işinə qayıtması, mağazalarda alış-veriş etməsi, evdən xaricdə yemək yeməsi deməkdir.

Restoranların ehtiyatla qapılarını açması, gözəllik salonları müstərilərin siyahısını tutması və uşaqların oyun meydançalarında görünməsi ilə Nyu-York normala qayıdış yolunda addımlar atır.

“Biz şəhərin özünü təhlkükəsiz hiss etməsini istəyirik. Ən mühümü budur. Mən hamının təkcə virusdan deyil, hər bir zorakılıq və sosil məsələlərdən uzaq durmasını istəyirəm. Lakin sivil və bərabər bir yolla..” - deyə, şəhər sakini Qeyl bildirib.

Nyu-York restoranları da açılmağa başlayıb. Əvvəllər yalnız sifarişlər qəbul edən restoranlarda indi açıq terraslar və verandalarda oturmaq mümkündür.

Şəhərin açıq restoran proqramı restoran və barların təmiz havada fəaliyyətinə imkan yaradaraq, 45 min iş yerinin saxlanmasına yardım edib. Bəzi yerlərdə restoranlara parkinqlər və velosiped saxanılan yerlərə masalar qoymasına icəzə verilib.

“Biz çox əziyyət çəkdik. Amma buna dəyər, bilirsiniz. Neçə dollar itirdiyinizə və ya neçə dollar qazanacağınıza görə həyatınızı qiymətləndirə bilməzsiniz. Ümid edirəm ki, vaxtında fərqi düzəldəcəyik. Ancaq sağ olduğumuz üçün xoşbəxtik, Nyu Yorkun hər şeyini qaytarmağımızdan məmnunuq. Nyu-York buna layiqdir!” - deyə, Emili Aklih bildirib.

“Ölü, tamamilə dağılmış. Biznes heç getmirdi Biz neçə neçə yemək və bir neçə içki ilə açılmışıq. Gördüyümüz işin 10 faizini görürük. Kirələrimiz, məişət, zibil xərclərimizi ödəyə bilirik. Yalnız işçi komandasının pulunu ödəyə bildirdik. …” - deyə, restoran Ceremi Vladis bildirib.

3 aylıq qapanmanın yan təsiri kimi indi boş yerlədə yüzlərlə işə qəbul reklamı görünür. Nyu-Yorkun normal həyatının bir hissəsi olan restoranlar, işləri icbari olmayan bizneslər və geyim mağazaları indi luks həyat kimi görünür.

Moda sənayesi də səmtini dəyişib. İnsanlar evdən işlədikləri üçün rahat pijamalar yenidən dəbə düşüb.

Salonlar da öz ilk müştərilərini səmimiyyətlə qarşılayır. Artıq əvvəlcədən yazılmadam salonlara gedilmir. Yeni qaydalara görə salonlarda stilist kreslolarının yalnız yarısı işlədilə bilər. Manikür salonları isə hələ də bağlıdır.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG