Accessibility links

Nyu York ştatında bir qraflıq qızılca insidentləri üzündən fövqəladə vəziyyət elan edib


Bu il ABŞ-ın 15 ştatında qızılca xəstəliyinə 300-dən çox insan tutulub. Onlardan çoxu Nyu-York ştatının şimalındakı Rokland qraflığında qeydə alınıb. Yerli rəsmilər peyvənd edilməyənlərin ictimaiyyət içərisinə çıxmalarına qadağa qoyub.

Təxminən altı aydır davam edən qızılca epidemiyasına görə Nyu York ştatının Rokland qraflığında fövqəladə vəziyyət elan edilib.

Hər yeni yoluxma halı pnevmaniyaya, ensefalitə, beyində şişməyə gətirib çıxara bilər. Hətta ölümlə nəticələnə bilən erkən doğuşlar ola bilər.

"18 yaşadək qızılcaya qarşı peyvənd olunmayan hər kəs 30 gün, fövqəladə vəziyyət başa çatana və ya qızılcaya qarşı ilk peyvənd edənədək ictimai yerlərə buraxılmayacaq."

İctimai yerlərə ticarət mərkəzləri, restoranlar, avtobuslar və qatarlar daxildir. Polis peyvənd qeydlərini tələb etməyəcək. Ancaq uşaqlarına peyvənd vurdurmaqdan imtina edən valideynlər ya $500 dollar cərimə, ya da 6 aya qədər həbs cəzası ala bilərlər.

Xəstəlik ultra-mühafizəkar yəhudi icmasında daha çox yayılıb.

Qraflıq rəsmisi valideynlərin qızılca xəstəliyinin nə qədər təhlükəli olduğunu başa düşmək məcburiyyətində olduqlarını deyir.

"Hər yeni hal pnevmaniyaya, ensefalitə, beyində şişməyə gətirib çıxara bilər. Hətta ölümlə nəticələnə bilən erkən doğuşlar ola bilər," qraflığın baş icraçı direktoru Ed Day bildirir.

Körpə yaşlarda uşaqlara vaksin vurulması kütləvi yoluxmaların qarşısını almaqda həyati rol oynayır.
Körpə yaşlarda uşaqlara vaksin vurulması kütləvi yoluxmaların qarşısını almaqda həyati rol oynayır.

Bu, həm də peyvənd edilməyənlərin təhlükəsizliyinin qorunması məsələsidir.

"Anaları və ataları ilə birlikdə olan körpələr necə olacaq? Mənim yeni doğulan nəvəm var. Bəs immun sistemi hələ də zəif olan xərçəng xəstəliyindən müalicə alanlar necə olacaq?" Day sual edir.

Birləşmiş Ştatlarda peyvənd olunanların faizi yüksəkdir. Araşdırmalar ABŞ-da uşaqlarda qızılca, parotit, çiçək və digər xəstəliklərin qarşısını ala biləcək peyvəndlərin 94 faiz təşkil etdiyini göstərib.

Lakin davamlı dozalara ehtiyacı olan vaksinlərin vurulması faizləri aşağıdır.

Bu vaksinlər təhlükəsizdir. Effektiv işləyir. Biz bunları sınaqdan keçirmişik.

Bəzi ştatlarda dini və ya fəlsəfi səbəblərdən uşaqlarına peyvənd etmək istəməyən valieynlərə güzəştə gedilir. Beləliklə bu ştatlarda peyvənd edilmə səviyyəsi azalır və qızılca xəstəliyinə yoluxanların sayı artıb.

Bəzi valideynlər peyvəndin uşaqlarda autizm xəstəliyinə səbəb olduğunu düşünür. Lakin bütün araşdırmaların nəticələri bunun belə olmadığını göstərib.

"Bu vaksinlər təhlükəsizdir. Effektiv işləyir. Biz bunları sınaqdan keçirmişik," Kilvlend Klinikasının həkimi Frank Esper deyir.

Bəzi valideynlər isə hələ də skeptik qalırlar.

XS
SM
MD
LG